Azərbaycan 2024-cü ilin ilk 3 ayında xarici ölkələrə 6 milyard dollarlıq ixrac həyata keçirib.
Modern.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ixrac ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
Belə ki, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycan 7.7 milyard dollarlıq mal ixrac edib.
Bu ilin 3 ayında ixracda əsas ölkə yenidən İtaliya olub. Bu ölkəyə 3 milyard dollarlıq ixrac həyata keçilib və ümumi ixracın 33.2 faizini təşkil edib.
Ən çox mal ixrac etdiyimiz ölkələr aşağıdakılardır:
Ölkələrin adı
İxracın həcmi (milyon dollarla)
Ümumi ixracdakı payı (faizlə)
Cəmi
5 984
100.00
İtaliya
1 989
33.24
Türkiyə
930
15.55
İsrail
626
10.46
Hindistan
456
7.61
Almaniya
239
4.00
Rusiya
2289
3.83
Tailand
203
3.39
Gürcüstan
161
2.69
Bolqarıstan
146
2.44
Tunis
120
2.00
Portuqaliya
104
1.74
Rumıniya
100
1.68
Çexiya
99
1.65
Yunanıstan
79
1.33
Polşa
61
1.02
Digər ölkələr
441
7.38
İdxalda isə əsas ölkə Çin olub. Bu ölkədən 743 milyon dollarlıq məhsul idxal olunub. Azərbaycan digər ölkələrdən ən çox yeyinti məhsulları, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat vasitələri və onların hissələri və sair idxal edib.
Ölkələrin adı
Min ABŞ dolları
Ümumi idxala nisbətən
%-lə
Cəmi
3 711 626.24
100.00
o cümlədən:
Çin
743 728.37
20.04
Rusiya
661 771.09
17.83
Türkiyə
538 715.21
14.51
Almaniya
181 670.21
4.89
Amerika Birləşmiş Ştatları
152 357.42
4.10
İran İslam Respublikası
131 605.69
3.55
İtaliya
106 070.45
2.86
Belarus
94 916.82
2.56
Koreya Respublikası
89 147.65
2.40
Türkmənistan
79 933.19
2.15
Ukrayna
76 576.03
2.06
Böyük Britaniya
62 677.60
1.69
Qazaxıstan
58 883.73
1.59
Yaponiya
57 756.95
1.56
Fransa
50 583.06
1.36
Digər ölkələr
625 232.77
16.85