Bakı. Trend:
Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisası verilən məhkəmə ekspertizası növlərinin və ekspert ixtisaslarının siyahısı genişləndirilib.
Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, siyahıya aşağıdakı ekspertiza növü və ixtisası əlavə edilib:
Sıra № Məhkəmə ekspertizasının növü Ekspert ixtisası 21 Məhkəmə yerquruluşu ekspertizası 21,1 Məhkəmə yerquruluşu obyektlərinin tədqiqi