Bakı. Trend:
Rusiyada Federal Təhlükəsizlik Xidməti xarici xüsusi xidmət orqanlarının casusluq məqsədilə dövlət qulluqçularının telefonlarına “zərərli proqram təminatı” quraşdırmaq planını ifşa edib.
Trend xəbər verir ki, bu barədə FTX-nin mətbuat xidməti məlumat yayıb.
Xüsusi xidmət orqanı iddia edir ki, hücum böyük beynəlxalq İT şirkətlərinin imkanlarından istifadə edilməklə həyata keçirilib və smartfon sahiblərinin xəbəri olmadan cihazlardakı məlumatlara çıxış əldə etməyə imkan verib.
Söhbət təkcə danışıqların dinlənilməsindən deyil, həm də yoluxdurulmuş cihazlar vasitəsilə gizli audio və video müşahidədən gedir.
FTX-nin yayımladığı videoda xüsusi xidmət əməkdaşlarından biri bildirir ki, ilk növbədə xüsusi xidmət orqanları cihaza müdaxilə edir, daha sonra kompromat toplandıqdan sonra izləmənin qurbanları sistemli şəkildə ABŞ və Avropa İttifaqının sanksiya siyahılarına daxil edilir.