Bakı.Trend:
Paytaxtın Həsən bəy Zərdabi və Kazım Kazımzadə küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, Nəsirəddin Tusi adına Klinikanın və Mərkəzi Gömrük Hospitalının qarşılarında “3.28” – “durmaq qadağandır” yol nişanı quraşdırılaraq minib-düşmə yerləri təşkil olunub.
Hər iki ünvanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanları yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.