Bakı. Trend:
Bu ilin mayın 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsi üzrə biznes kredit portfeli 2,038 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 68,1 milyon manat və ya 3,5%, ötən ilin eyni dövrünə nisbətən isə 562,6 milyon manat 38,1% artıb.
Belə ki, nəqliyyat sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2026-cı ilin aprelin 1-nə 1,970 miyard manat, ötən ilin mayın 1-nə isə 1,475 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, 2026-cı ilin mayın 1-nə Azərbaycanda bankların kredit portfeli 30,609 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,3% (16,313 milyard manat), istehlak kreditlәri 31,5% (9,629 milyard manat) vә ipoteka kreditlәri 15,2% (4,667 milyard manat) təşkil edib.