Bakı. Trend:
Azərbaycan və ABŞ-nin "Chevron" şirkəti arasında Xəzər dənizi vasitəsilə enerji nəqli, ixrac marşrutları və karbonsuzlaşma layihələri barədə müzakirələr aparılıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Bakı Enerji Həftəsi" çərçivəsində "Chevron" şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes ilə görüşdük. Azərbaycanın iqtisadi inkişaf və enerji sahəsində prioritetlərini, əməkdaşlığın perspektivlərini vurğuladıq. Xəzər dənizi vasitəsilə enerji nəqli, ixrac marşrutları və karbonsuzlaşma layihələri barədə müzakirələr apardıq", - paylaşımda qeyd edilib.