Bakı.Trend:
Qazaxıstan Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri üzrə neft təchizatı həcmini artırmağa hazırdır.
Trend xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində Qazaxıstanın Energetika naziri Yerlan Akkenjenov jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Hazırda BTC ilə illik 1,5 milyon ton neft nəql olunur. Protokolda nəzərdə tutulduğu kimi, biz bu həcmi ilə 2,2 milyon tona qədər artıra bilərik, hətta daha da çox artırmaq imkanımız da var”, – deyə nazir bildirib.
Akkenjenov qeyd edib ki, Qazaxıstan öz neftinin daşınması üçün bütün mümkün marşrutları nəzərdən keçirir.
“Lakin Bakı–Supsa marşrutu üzrə neft tədarükü ilə bağlı rəsmi danışıqlar hələ ki, aparılmayıb”, – deyə nazir əlavə edib.