Bakı. Trend:
Bakıda D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü keçirilir.
Trend xəbər verir ki, tədbir 31-ci Bakı Enerji Forumu çərçivəsində baş tutur.
Görüşdə üzv dövlətlərin nazirləri və rəsmi şəxsləri iştirak edirlər.
Görüşün sonunda "Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsinin qəbul edilməsi gözlənilir.