Bakı. Trend:
Bu ilin mayın 1-nə Azərbaycan banklarının sənaye sahəsi üzrə biznes kredit portfeli 2,765 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 10,8 milyon manat və ya 0,4%, ötən ilin eyni dövrünə nisbətən isə 53,5 milyon manat 4% artıb.
Belə ki, sənaye sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2026-cı ilin aprelin 1-nə 2,754 miyard manat, ötən ilin mayın 1-nə isə 2,658 milyard manat təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin mayın 1-nə Azərbaycanda bankların kredit portfeli 30,609 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,3% (16,313 milyard manat), istehlak kreditlәri 31,5% (9,629 milyard manat) vә ipoteka kreditlәri 15,2% (4,667 milyard manat) təşkil edib.