Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin müstəntiqləri Ermənistan Dövlət Gəlirləri Komitəsinin departamentlərindən birində axtarışlar aparıb. Modern.az xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.
Məlumata görə, müstəntiqlər genişmiqyaslı əməliyyat-istintaq işləri zamanı Dövlət Gəlirləri Komitəsində korrupsiya faktları aşkar ediblər. Bundan sonra iki əməkdaş - Kamsar Avetisyan və Volodya Avaqyan saxlanılıb. Adıçəkilən vəzifəli şəxslərin ofislərində axtarışlar aparılır.