Bakı. Trend:
Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Trend xəbər verir ki, məktubda qeyd olunub:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Sinqapur xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Ölkənizə davamlı sülh, tərəqqi və rifah arzu edirəm".