Bakı.Trend:
Ermənistan balanslaşdırılmış siyasətə nail olmaq üçün Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması üzərində çalışacaq.
Trend xarici mediaya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.
Ermənistanlı hökümət başçısı sosial şəbəkə hesabındakı canlı yayım zamanı xarici siyasət mövzusunda çıxış edib.
“Bu gün biz Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması məqsədilə ciddi şəkildə iş aparırıq. Mən əminəm ki, bu məqsədə çatacağıq. Bu, o deməkdir ki, balanslaşdırılmış xarici siyasət o səviyyəyə çatacaq ki, Ermənistan üçün yeni imkanların yaradılması fərqli səviyyəli bir dövlətin yaranması anlamına gələcək”, – deyə Paşinyan bildirib.