Bakı. Trend:
Bir neçə saat öncə İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Sirik adasında kommunikasiya qovşağına ABŞ ordusu tərəfindən hücum həyata keçirilib.
Trend xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.
Məlumata görə, SEPAH bu hücuma cavab olaraq atəş açılan mərkəzi atəşə tutub və nəzərdə tutulan hədəflər vurulub.
SEPAH xəbərdarlıq edib ki, İrana hücum təkrarlandığı halda, cavab tamamilə fərqli olacaq və bu hücumda ABŞ tərəfi məsuliyyət daşıyacaq.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayaraq bildirib ki, ABŞ ordusu İranın radar və pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinə zərbələr endirilib.