Bakı. Trend:
İsrail rəsmiləri Livanın paytaxtı Beyrutda İsrail Müdafiə Qüvvələrinin (İMQ) əməliyyatlarını genişləndirmək üçün Vaşinqtonun razılığını almağa çalışırlar.
Trend-in məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrailin yüksəkvəzifəli rəsmiləri ABŞ administrasiyasının nümayəndələri ilə görüşlərdə İMQ-nin Beyruta qarşı əməliyyatlarının genişləndirilməsinə dəstək verilməsini xahiş ediblər.
Mənbələr bildiriblər ki, İsrail tərəfi həm Vaşinqton–Tehran, həm də İsrail–Livan danışıqlarında irəliləyiş əldə olunmamasını nəzərə alaraq ABŞ-nin bu məsələdə müsbət mövqe tutacağına ümid edir.