Bakı. Trend:
Konqo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş Ebola virusuna yoluxma hallarının sayı 282-yə çatıb.
Trend-in məlumatına görə, bu barədə Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyinin yeni hesabatında bildirilib.
Sənəddə qeyd edilib ki, epidemiya əsasən ölkə üzrə qeydə alınan 282 təsdiqlənmiş yoluxma halından 264-nü təşkil edən İturi əyalətini əhatə etməyə davam edir. Şimali Kivu vilayətində 15 təsdiqlənmiş yoluxma halı, Cənubi Kivu vilayətində isə daha üç yoluxma halı aşkarlanıb.
Hesabata əsasən, 42 nəfər ölüb, 238 nəfər müalicə alır. Bundan əlavə, iki sağalma hadisəsi qeydə alınıb.