Bakı. Trend:
"Arsenal" UEFA Liqasının finalında oyunsonrası penaltilər seriyasında PSJ-yə məğlub olub.
Trend xəbər verir ki, bu qarşılaşmada Mikel Artetanın komandasının topla oynama faizi orta 24,7% təşkil edib.
"Opta"nın yaydığı məlumata görə, bu, statistikanın aparılmağa başladığı 2003/04 mövsümündən bəri Çempionlar Liqasının finallarında qeydə alınan ən aşağı topla oynama göstəricisidir.
Bu, həmçinin Artetanın rəhbərliyi altında "topçular"ın meydanda tam heyətlə mübarizə apardığı matçlar daxilində qeydə alınan ən aşağı göstəricidir.