Bakı. Trend:
Fransa İsrail Müdafiə Qüvvələrinin Livanda əməliyyatları genişləndirməsi fonunda BMT Təhlükəsizlik Şurasının təcili toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Trend xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro açıqlama verib.
Nazirin sözlərinə görə, Livandakı vəziyyətin müzakirəsi məqsədilə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması xahiş olunub.
Barro vurğulayıb ki, İsrailin Livandakı hərbi əməliyyatlarını davam etdirməsi və ölkə ərazisində fəaliyyət dairəsini genişləndirməsi qəbuledilməzdir. Onun fikrincə, bu addımlar ciddi səhvdir və regiondakı gərginliyi daha da artırır.
Xatırladaq ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəs qüvvədə olsa da, Livanda həyata keçirilən quru əməliyyatlarının genişləndirildiyini bəyan etmişdi.