Azərbaycanın tanınmış aktyoru vəfat edib.
Modern.az xəbər verir ki, məşhur "Makedon" obrazı ilə yaddaşlarda qalan "Bizim Cəbiş müəllim" filminin aktyoru Aqil Ağacanov vəfat edib. O, uzun sürən xəstəlik səbəbindən bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Aqil Ağacanov "Yuxu", "Bizim Cəbiş müəllim" filmlərində rol alıb. Aktyor tamaşaçıların yaddaşında isə daha çox "Makedon" obrazı ilə iz buraxıb.
Mərhum sənətkara rəhmət diləyir, 24 oktyabr 2022-ci ildə saytımızda getmiş "“Bizim Cəbiş müəllim”dəki Makedonun Tanyası tapıldı" başlıqlı reportajı təqdim edirik.
Durna kimi qatarından qalmısan, Qərib-qərib min xəyala dalmısan, Makedonu dərdə-qəmə salmısan, Çağırsa ellər, gedərəm davaya, Ol mənə dilbər, gedərəm davaya... - Bunlar niyə boğazlarını yırtırlar?! - Xəbərin yoxdur? Həyətimizə təzə qız gəlib də... - Alə, ay uşaq, bu nə vay-şivəndir qaldırmısız, məlliminizi qoymursuz işləməyə?! Baax, sizin dəftərləri yoxlayır haa... Yəqin ki, müharibə dövrü insanlarının həyat mücadiləsinə həsr olunmuş “Bizim Cəbiş müəllim” filmindən bu epizodu xatırladınız... Cəbiş müəllimin arvadı həyətdə meyxana deyən yeniyetmələrə acıqlanır...
“Tanya rolunu oynayan Svetlanana Morşininanı Bakıdakı rusdilli məktəblərdən birindən tapmışdıq”, - deyə Ə.Mahmudov bildirib.
Bunu Aqil Ağacanovun özü də çox sonralar etiraf edib. Bəs Svetlana Morşininanın buna reaksiyası necə olub? Bu suala özünün cavab verməsi maraqlı olardı...
A.Qorxmaz