Livanın cənubunda İsrail ordusunun hərbi əməliyyatları genişlənib.
Modern.az Qatar News Agency-ə istinadən xəbər verir ki, İsrail ordusu hava zərbələri endirib, eyni zamanda bir sıra kənd və qəsəbələrə quru əməliyyatlarını artırıb.
Əməliyyatlar fonunda strateji əhəmiyyət daşıyan Bofor qalasının (Qalat əl-Şaqif) nəzarətə götürüldüyü bildirilir.
Livanın Milli Xəbər Agentliyi isə xəbər yayıb ki, İsrail hərbi təyyarələri səhər saatlarında Deyr əz-Zəhrani yaşayış məntəqəsində, bələdiyyə binası yaxınlığındakı Əl-Ərəb məhəlləsinə hava zərbələri endirib. Hücum nəticəsində ölən və yaralananın olduğu bildirilir.