Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İranla danışıqlarda mövqeyini sərtləşdirib.
Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti adı çəkilməyən Amerika rəsmilərinə istinadən xəbər verib.
"Prezident Tramp İranla müharibəyə son qoymaq üçün potensial razılaşmanın şərtlərini sərtləşdirib. Təkliflər baxılması üçün İran tərəfinə təqdim edilib", - deyə məqalədə bildirilib.
Qəzet qeyd edib ki, hazırda Amerika liderinin hansı yeni tələblər irəli sürdüyü məlum deyil.
Məqalədə vurğulanıb ki, Tramp bundan öncə İranın bəzi aktivlərinin dondurulmasının aradan qaldırılması ideyasından narazılığını bildirmişdi.