Bakı. Trend:
İran parlamenti tezliklə Tehranın Hörmüz boğazına nəzarət planlarını təsdiqləyəcək. Bu mövzuda qanun qəbul edilməsi planlaşdırılır.
Trend-in məlumatına görə, bu barədə İran parlamentinin rəyasət heyətinin üzvü Əlirza Səlimi bildirib.
"İranın Hörmüz boğazı üzərində nəzarət və suverenlik tətbiq etmək planı tezliklə parlament tərəfindən təsdiqlənəcək və İnşallah, bu, daimi qanun kimi qəbul ediləcək", - deyə o bildirib.
Parlament üzvünün sözlərinə görə, Hörmüz boğazının hamısı İran və Omanın ərazi sularına düşür və boğazın necə idarə olunacağını müəyyən etmək hüququ yalnız bu iki ölkənindir.
Millət vəkili qeyd edib ki, İran və Oman bundan öncə bu mövzuda danışıqlar aparıblar və Məskat bu məsələ ilə bağlı "ilkin razılaşmalar" elan edib.