Bakı. Trend:
Keçmiş ikiqat UFC çempionu Konor Makqreqor 2026-cı ildə 12 dəfə dopinq testindən keçib.
Trend bu barədə xarici mediaya istinadla xəbər verir.
2025-ci ildə ən çox dopinq testindən keçən döyüşçü gürcü Merab Dvalişvili olub.
Makqreqorun növbəti döyüşü 11 iyulda Las-Veqasda UFC 329 turnirində Maks Holloveyə qarşı olacaq. Döyüş revanş qarşılaşması olacaq və irlandiyalı döyüşçünün beş ildən sonra ilk dəfə ringə çıxması gözlənilir.
37 yaşlı Makqreqor narkotik asılılığının müalicəsində istifadə edilən Afrika bitkisindən əldə edilən iboqain maddəsi ilə müalicə alıb. Makqreqor 36 saat dərmanın təsiri altında olub. Hazırda o, antidopinq qaydalarını pozduğuna görə 18 aylıq diskvalifikasiya cəzasına məhkum edilib və bu cəza 2026-cı ilin martında başa çatıb.
37 yaşlı döyüşçünün son döyüşü UFC 264 turnirində amerikalı Dastin Poirierə qarşı olub. Döyüş birinci raundda başa çatıb və irlandiyalı idmançının ayağı sınıb.