Bakı.Trend:
Ötən həftə "Azeri Light CIF", "Azeri Light FOB Ceyhan", "Dated Brent" və "Urals" markalı neftin orta qiymətləri azalıb.
Trend-in məlumatına görə, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən "Azeri Light CIF" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 12,55 ABŞ dolları və ya 11 faiz azalaraq 101,84 ABŞ dolları təşkil edib.
Məlumata əsasən, həftə ərzində bu markalı xam neftin maksimal qiyməti bir barel üçün 106,48 ABŞ dolları, minimal qiyməti isə 98,01 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə "Azeri Light" markalı neftin orta qiyməti bir barel üçün 99,64 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 12,39 ABŞ dolları və ya 11,1 faiz aşağıdır. Həftə ərzində ən yüksək qiymət bir barel üçün 104,22 ABŞ dollarına, ən aşağı qiymət isə 95,89 ABŞ dollarına çatıb.
"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 14,57 ABŞ dolları və ya 16,2 faiz azalaraq bir barel üçün 75,48 ABŞ dolları təşkil edib. Həftə ərzində maksimal qiymət 81 ABŞ dolları, minimal qiymət isə 70,78 ABŞ dolları olub.
"Dated Brent" markalı neftin orta qiyməti bir barel üçün 98,43 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 13,24 ABŞ dolları və ya 11,9 faiz azdır. Həftə ərzində bir barel üçün maksimal qiymət 103,78 ABŞ dolları, minimal qiymət isə 93,56 ABŞ dolları olub.
Neft/Tarix25.05.2026
26.05.2026
27.05.2026
28.05.2026
29.05.2026
Orta qiymətAzeri LT CIF
-
$106.48
$102.30
$100.57
$98.01
$101.84
Azeri Light FOB Ceyhan
-
$104.22
$100.07
$98.38
$95.89
$99.64
Urals (EX NOVO)
-
$81.00
$76.26
$73.87
$70.78
$75.48
Dated Brent
-
$103.78
$99.59
$96.80
$93.56
$98.43
Qeyd edək ki, mayın 25-də Böyük Britaniyada rəsmi qeyri-iş günü olduğu üçün həmin tarix üzrə göstəricilər dərc edilməyib.