Belarus Prezidenti Aleksandr Lukaşenko Fransa lideri Emmanuel Makronu Minskə dəvət edərək, Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşməyi təklif edib.
Modern.az xəbər verir ki, Lukaşenko bunu Fransa Prezidenti ilə telefon danışığı zamanı bildirib.
“Bəlkə Moskvaya getmək sizə çox rahat deyil. Minskə gəlin, biz də Vladimir Vladimiroviçlə sizi Minskdə qarşılayarıq və kişi kimi danışarıq”, – deyə Belarus lideri qeyd edib.
Lukaşenko, həmçinin bildirib ki, Belarus yalnız respublikaya qarşı birbaşa aqressiya halında nüvə silahından istifadə edə bilər.
Onun sözlərinə görə, o, gələn həftə mövcud problemlərin müzakirəsi üçün Makronun etibarlı nümayəndəsini qəbul etməyə də razılaşıb.
Qeyd edək ki, dövlət başçıları arasında telefon danışığı mayın 24-də Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.