ABŞ Dövlət katibi Marko Rubio Pakistanın xarici işlər naziri İshaq Darla görüş keçirir.
Modern.az xəbər verir ki, tərəflər arasında görüş Vaşinqtonda baş tutur və əsas müzakirə mövzularının İran ətrafındakı vəziyyət, regional təhlükəsizlik və ikitərəfli münasibətlər olduğu bildirilir. Görüş ABŞ-İran gərginliyi fonunda və Pakistanın vasitəçilik təşəbbüslərinin gündəmdə olduğu vaxt keçirilir.