Bakı. Trend:
Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistan ətrafındakı vəziyyətlə bağlı bəyanat yayıblar.
Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.
Uşakovun sözlərinə görə, bəyanat dörd lider tərəfindən qəbul edilib.
O, bəyanat barədə ətraflı məlumat verməkdən imtina edib, lakin bildirib ki, sözügedən bəyanat Rusiya prezidentinin saytında dərc olunacaq.