Bakı. Trend:
Mark-Andre ter Ştegen yay transfer pəncərəsində "Barselona"dan ayrılacaq.
Trend xəbər verir ki, artıq klubla almaniyalı qapıçı arasında razılıq əldə olunub. Bu barədə jurnalist Ferran Martines məlumat yayıb.
Ter Ştegenin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcək. 34 yaşlı qolkiper İspaniyadan və digər ölkələrdən gələn təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, "Barselona" Mark-Andre ter Ştegeni 2014-cü ilin yayında Münhenqladbax "Borussiya"sından 12 milyon avroya transfer edib. Təcrübəli "əlcək sahibi" 2025/2026 mövsümünün ikinci yarısını icarə əsasında "Jirona"da keçirib.