Bakı.Trend:
Belarus Prezidenti Lukaşenko Kuba vitse-prezidenti ilə görüşüb.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüşdə Lukaşenko Minskin Havana üçün mövcud şəraitin imkan verdiyi hər yardımı göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
“Bizim dost ölkəmizin ətrafında baş verənlərdən yaxşı xəbərdarıq. Biz Kuba üçün bacardığımız və mövcud vəziyyətin imkan verdiyi hər şeyi etməyə hazırıq. Ən azından, sizinlə razılaşdırdığımız məsələləri icra edəcəyik. Əgər sizdə əlavə təkliflər olarsa, biz onları nəzərdən keçirməyə hazırıq”, – deyə Belarus lideri bildirib.