"Lill"də çıxış edən türk futbolçu Yusuf Yazıcı UEFA Avropa Konfrans Liqasında "Olimpiya Lyublyana" matçında vurduğu qolla Fransa komandasının tarixinə düşüb.
Metbuat.az xəbər verir ki, UEFA Avropa Konfransı Liqasının A qrupunun 5-ci həftəsində “Lill” səfərdə Lyublyana “Olimpiya”sı ilə qarşılaşıb. Qarşılaşmada 2:0 hesabı ilə qalib gələn "Lill" qrupdan çıxıb. "Lill"ə qələbə qazandıran qolları 15-ci dəqiqədə Kabella və 75-ci dəqiqədə Yusuf Yazıcı vurub. Türk futbolçu Yusuf Yazıcı bu qolla "Lill"in tarixinə düşüb. 26 yaşlı futbolçu 10 qolla Fransa komandasının avrokuboklarda bombardiri olub.
Qeyd edək ki, Yusuf Yazıcı 2020-21 mövsümündə "Lill"in heyətində UEFA Avropa Liqasında 8 matçda 7 qol və 1 məhsuldar ötürmə ilə əla çıxış etmişdi.