Bakı.Trend:
NATO-nun Baş katibi Mark Rütte Ukrayna ilə sərhəd yaxınlığında pilotsuz uçuş aparatının yaşayış binasına düşməsi insidenti fonunda Rumıniya hakimiyyəti ilə təmasdadır.
Trend xəbər verir ki, bu barədə NATO-nun mətbuat katibi Allison Hart "X" sosial şəbəkəsində yazıb.
Alyans nümayəndəsi vurğulayıb ki, NATO pilotsuz uçuş aparatları da daxil olmaqla bütün təhdidlərə qarşı müdafiəni gücləndirməyə davam edəcək.
Xatırladaq ki, mayın 29-na keçən gecə Ukraynanın Odessa vilayəti ilə sərhəd yaxınlığında yerləşən Rumıniyanın Qalati şəhərində pilotsuz uçuş aparatı yaşayış binasına çırpılıb. İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb.