Bakı. Trend:
İran dövlət televiziyasının Buşehr əyaləti yaxınlığında ABŞ qırıcı təyyarəsini vurulması iddiası yalandır.
Trend xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib.
Bəyanatda deyilir ki, hər hansı ABŞ təyyarəsi vurulmayıb və bütün Amerika təyyarələri təyin olunmuş yerindədir.
Xatırladaq ki, IRIB televiziyası İranın hava hücumundan müdafiə qüvvələrinin sahil əyaləti Buşehr yaxınlığında "düşmən təyyarəsini" məhv etdiyini bildirib.