Bakı. Trend:
Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyasının yayılmasının qarşısını almaq üçün sərhədlərin bağlanması effektiv tədbir deyil.
Trendxəbər verir ki , bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
“Bildiyiniz kimi, ÜST girişin qadağan edilməsini tövsiyə etmir, çünki bu, böyük effekt vermir. Bu, [Ebola virusunun] yayılmasını ləngidə bilər, bəlkə də bir neçə gün vaxt qazandırar, lakin bundan artıq yox”, - deyə o, Kinşasaya səfəri zamanı keçirilən mətbuat konfransında bildirib.
ÜST rəhbərinin sözlərinə görə, virusun yayılmasının qarşısını almaq üçün ən effektiv tədbir xəstəliyin yayıldığı ocaqda zəruri sanitariya tədbirlərinin operativ şəkildə tətbiq edilməsi və dəstəyin göstərilməsidir.