Hazırda Ermənistan və Azərbaycan nümayəndələri arasında hər hansı səviyyədə görüş barədə razılıq yoxdur. Modern.az xəbər verir ki, bunu aprelin 4-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərlə söhbətində bildirib.
O qeyd edib ki, Ermənistan üç prinsip əsasında irəliləmək üçün heç bir maneə görmür.
“Biz Alma-Ata Bəyannaməsinin müvafiq xəritələri əsasında 1991-ci il sərhədlərini bərpa edərək delimitasiya aparmağa hazırıq.
Əgər bu məsələ ilə bağlı razılıq əldə olunarsa, bu, yazılı şəkildə öz əksini tapacaq və bununla bağlı müvafiq ictimaiyyətə məlumat veriləcək”, - Kostanyan vurğulayıb.