Bakı. Trend:
Milli Məclis Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatını qəbul edib.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
Bildirilib ki, təqdim edilən illik məlumatda 2024- cü il üzrə məlumatdan fərqli olaraq aşağıdakı məsələlərə dair yeni məlumatlar daxil edilib:
Azərbaycanda ali təhsil müəssisələrində gender məsələləri ilə bağlı tədris olunan fənlər; Qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların regionlar üzrə bölgüsü; 2025-ci il ərzində mediada cinsi mənsubiyyətə görə ayrı-seçkiliyi təbliğ və təşviq edən, ailə institutunu nüfuzdan salan informasiyaların qarşısının alınması ilə bağlı aparılmış monitorinqlər; Məhkəmələrdə ailə mübahisələri ilə bağlı mülki işlər; 2025-ci il ərzində çıxarılmış məhkəmə qərarlarında "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlara istinad edilmiş məhkəmə işləri; Aliment ödəməkdən yayınan valideynlər və cəza tədbirləri; 2025-ci ildə ana və uşaq ölümü halları; Hamiləlikdən qorunma üsullarından (kontraseptiv vasitələrdən) istifadə ilə bağlı; Azərbaycan Hava Yolları QSC-nin məlumatları.Milli Məclis Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatını dinləyərək nəzərə alıb.