Bakı. Trend:
Bu ilin iyun ayının ikinci yarısında "PAŞA Bank"ın dividend ödənişi ilə bağlı səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Trend xəbər verir ki, bunu "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı Murad Süleymanov bankın 2025-ci ilin illik maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
"2025-ci ilin nəticələrinə əsasən, səhmdarlara 107 milyon manat dividend ödənişi planlaşdırılır. Biz yeni səhmdarlara da dividend ödənişini ödəməyi planlaşdırırıq", - o vurğulayıb.