Ermənistanın ilk yerli peyki "Hayasat-1" bu axşam kosmosa buraxılacaq. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə “Bazumk” Kosmik Tədqiqatlar Laboratoriyası məlumat yayıb.
“Bu axşam biz hamımız SpaceX Falcon 9 raketinin Ermənistanın ilk yerli peyki olan “Hayasat-1”i kosmosa çıxarmasını böyük maraqla izləyəcəyik.
Söz verdiyimiz kimi, bu tarixi uçuşa həsr olunmuş tədbiri, eləcə də uçuşun özünü bizimlə birlikdə izləmək imkanınız olacaq.
Dekabrın 1-i saat 21:00-da başlayacaq uçuş canlı yayımlanacaq”, - deyə məlumatda bildirilib.