2023-cü ilin ilk 10 ayında Azərbaycanı ziyarət edən turistlərin sayındakı dinamika saxlanılaraq Avropadan gələnlərin sayındakı artım davam edib".
Deputat qeyd edib ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur.
"Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması da olduqca əhəmiyyətlidir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər".