Xəbər verdiyimiz kimi, Türkiyənin Ardahan vilayətinin Çıldır rayonunda yerli seçkilərin nəticələrinə əsasən, AKP-nin namizədi Kemal Yakup Azizoğlu və CHP-nin namizədi Nurettin Aygünün hər biri 452 seçici (28.73 faiz) səs toplayıb.
Modern.az TRT-yə istinadən xəbər verir ki, Çıldır bələdiyyəsinin sədrinin kim olacağını müəyyənləşdirmək üçün seçki komissiyasında püşkatma keçirilib.
Partiya üzvlərinin iştirakı ilə keçirilən püşkatmada AKP namizədi Azizoğlunun adı çıxıb. Nəticədə bələdiyyə sədrliyi ona qismət olub.
"Qazandıq, rayonumuza və Ardahana uğurlar", - Azizoğlu bildirib.
Bu xəbər ilə bağlı AKP və CHP-nin namizədləri eyni sayda səs topladılar - Bələdiyyə kimin olacaq? Xəbəri oxu