Xəbər verdiyimiz kimi, Suriyada İrana məxsus konsulluq binasına hücum edilin və 2-si general olmaqla SEPAH-ın 7 üzvü öldürülüb.
Modern.az-ın məlumatına görə, Tehran hücuma görə İsraili ittiham edir, İsrail isə açıqlama verməyib.
İsrailin "Ynet" portalı hücumla bağlı bir sıra detalları açıqlayıb. Nəşrin iddiasına görə, İsrail İranın Suriyadakı konsulluğuna hücumu inkar edir, hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir.
Qeyd olunur ki, zərbə endirilən bina İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hərbi strukturdur.
Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına, İsrailin Dəməşqə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 11-ə çatıb. Qeyd olunur ki, ölənlər arasında bir nəfər Hizbullah üzvüdür.