Aprelin 2-də “Bulvar Marriott Hotel”də AFFA-nın növbəti Konfransı keçiriləcək.
Metbuat.az xəbər verir ki, saat 10:00-da başlayacaq Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi
2. Konfransın tərkibinin yoxlanılması
3. AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi
4. Maliyyə Hesabatları
5. Müstəqil auditorun hesabatı
6. AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilərin keçirilməsi
Qeyd edək ki, AFFA prezidentliyi və İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısıaşağıdakı kimidir:
AFFA prezidentliyinə namizəd
1. Rövşən Nəcəf – Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə "Neftçi" PFK tərəfindən
AFFA İcraiyyə Komitəsi üzvlüyünə namizədlər
Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer1. Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən3. Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən5. Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən