ABŞ Prezidenti Donald Trampın psixi vəziyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Modern.az xəbər verir ki, "Die Zeit"in məlumatına görə, bir sıra mütəxəssislər Trampın psixi durumunun pisləşdiyini düşünürlər. Məqalədə onun çıxışlarındakı xaotik üslub, siyasi mövqeyini tez-tez dəyişməsi, diqqət toplamaqda çətinlik çəkməsi, narsisizm və impulsiv davranışları buna nümunə göstərilir.
Bununla belə, nəşr vurğulayır ki, Trampla bağlı rəsmi psixiatrik diaqnoz mövcud deyil.
Məqalədə qeyd olunur ki, ekspertlər siyasətçinin davranışlarında müəyyən dəyişikliklər müşahidə etsələr də, məsafədən tibbi diaqnoz qoymaq düzgün hesab edilmir.