İstanbulun “Beşiktaş” klubu “Qarabağ”da forma geyinən Juninyonun transferini həll etməkdə qərarlıdır.
Metbuat.az bildirir ki, Türkiyə KİV-ləri transferlə klubun prezidenti Hasan Aratın birbaşa məşğul olacağını yazıb. O, 27 yaşlı braziliyalının keçidi üçün "Qarabağ"ın prezidenti Tahir Gözəllə bir araya gələcək və transfer məbləğini uyğun bir rəqəmə salmağa çalışacaq.