Bakı. Trend:
WUF13 Hava Limanı avtobus xidməti 12–25 may tarixlərində günün 24 saatı fasiləsiz fəaliyyət göstərəcək.
Trend xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkıti məlumat yayıb.
Bildirilib ki, şəhərdaxili avtobus xidmətləri 15–22 may tarixlərində iştirakçıların istifadəsində olacaq.
K1 xüsusi avtobus xətti isə 14–23 may tarixlərində Koroğlu nəqliyyat qovşağı ilə WUF13 tədbir məkanı arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcək.
WUF13 nəqliyyat sistemi çərçivəsində W1–Şıx, W2–İçərişəhər, W3–Nəriman Nərimanov, W4–İzmir, W5–28 May, W6–Gənclik, W7–Ağ Şəhər və W8–Sea Breeze marşrutları əsas qonaqlama əraziləri ilə nəqliyyat mübadilə mərkəzləri arasında əlaqəni təmin edir.
Bununla yanaşı, W9–Badamdar marşrutu yaxınlıqdakı hotelləri İçərişəhər nəqliyyat mübadilə mərkəzi ilə, W10–Mikayıl Əliyev marşrutu isə qonaqlama məkanlarını birbaşa WUF13 tədbir məkanı ilə əlaqələndirir.


