Bakı. Trend:
Azərbaycan nəqliyyat dəhlizlərini iqtisadi inkişaf və texnoloji inteqrasiya platformasına çevirir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev "Rusiya — İslam dünyası" (KazanForum-2026) Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, müasir şəraitdə nəqliyyat dəhlizləri artıq sadəcə yüklərin daşınma marşrutları deyil, iqtisadi inkişaf, sənaye kooperasiyası, rəqəmsallaşma və dayanıqlı tərəfdaşlıq platformalarına çevrilir.
"Şərq-Qərb və Şimal-Cənub əsas marşrutlarının kəsişməsində yerləşən Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərdən keçirir", — deyə Ş. Mustafayev vurğulayıb.
O, həmçinin forum iştirakçılarını ölkənin sosial-iqtisadi inkişaf sahəsindəki nailiyyətlərinin nümayiş olunduğu Azərbaycan pavilyonunu ziyarət etməyə dəvət edib.