Bakı.Trend:
Yanvar ayının 1-dən may ayının 14-dək keçirilən reydlər nəticəsində qanunsuz balıq ovu ilə məşğul olan 48 vətəndaş məsuliyyətə cəlb edilib, 45 fakt üzrə inzibati qaydada protokollar tərtib olunub, 3 fakt üzrə cinayət məsuliyyəti yaranması səbəbi ilə toplanmış materiallar aidiyyatı üzrə hüquq mühafizə orqanlarına göndərilib.
Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” Publik Hüquqi Şəxsi məlumat verib.
Bildirilib ki, “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ölkə ərazisindəki bütün su hövzələrində ovu may ayının 1-dən sentyabr ayının 1-dək qadağan edilib. Bu məqsədlə balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilib.
balıqçılarla balıqovlama mövsümünün qadağan olunması barədə maarifləndirici söhbətlər aparılıb. Həmçinin, mütəmadi olaraq qanunsuz balıq ovuna qarşı reydlər keçirilib. Aşkar edilən torlar və balıq ovlama qurğuları sudan çıxarılaraq müvafiq qaydada ləğv edilib.