Bakı.Trend:
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Cəfərov Rafiq Şirvan oğlu ilə Füzuli rayonunun Qayıdış qəsəbəsində vida mərasimi keçirilib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşi Füzuli rayonunun Əbdurrəhmanlı kənd qəbiristanlığında, şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Rafiq Şirvan oğlu Cəfərov Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü ilin iyul ayında itkin düşmüşdü. Aparılan müvafiq ekspertiza nəticəsində onun şəxsiyyəti müəyyən olunub.




