ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin Amerikanın "Boeing" şirkətindən 200 təyyarə almağa razı olduğunu bildirib.
Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Çinə səfərinin yekunları barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Çinə səfərim zamanı əldə olunan razılaşmalardan biri də Pekinin "Boeing" şirkətindən 200 təyyarə sifariş edəcəyi ilə bağlıdır. Onlar 150 təyyarə istəyirdilər, amma 200 ədəd alacaqlar. Bu, çox böyük bir şeydir. Bu, çoxlu iş yeri deməkdir" - deyə Tramp əlavə edib.
Qeyd edək ki, "Boeing" şirkətinin baş direktoru Kelli Ortberqin də Trampı Çinə səfərində müşayiət edən nümayəndə heyətinin tərkibində olub.