Ağ Ev ABŞ prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında Pekində keçirilən görüşün ilk gününü müsbət qiymətləndirib. Modern.az-ın məlumata görə, bu barədə CNN xəbər yayıb.
Ağ Evin nümayəndəsi bildirib: “Hər iki tərəf razılaşıb ki, Hörmüz boğazı enerji resurslarının sərbəst axınını təmin etmək üçün açıq qalmalıdır”.
O əlavə edib ki, Si Cinpin görüş zamanı açıq şəkildə bildirib ki, Çin boğazın hərbiləşdirilməsinə və onun istifadəsinə görə ödəniş alınması cəhdlərinə qarşıdır. Bundan başqa, Çin gələcəkdə Hörmüz boğazından asılılığını azaltmaq məqsədilə ABŞ neftinin alışını artırmaqda maraqlı olduğunu ifadə edib.
Ağ Evin nümayəndəsi Si Cinpinin Çinin ABŞ-İran münaqişənin həllində iştirakının genişləndirilməsinə razı olub-olmadığını dəqiqləşdirməyib.
Liderlər həmçinin iqtisadi əməkdaşlıqla bağlı məsələləri, o cümlədən Çindən ABŞ-a fentanila ixracı və ABŞ-dan kənd təsərrüfatı məhsullarının alışının artırılması məsələlərini müzakirə ediblər.