Bakı. Trend:
16 maydan başlayaraq Bakı-Qəbələ-Bakı xətti ilə hərəkət edən qatarlarımız Kürdəmir stansiyasında da dayanacaq.
Trend xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Bununla da, ADY-nin bütün rayonlararası marşrutları ilə Kürdəmirə səfər etmək mümkün olacaq.