Ermənistan hökuməti COP17 iştirakçıları üçün viza rejimini müvəqqəti sadələşdirməyə hazırlaşır.
Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı qərar layihəsi hazırlanıb.
Layihəyə əsasən, COP17 konfransı çərçivəsində müəyyən ölkələrin nümayəndələri Ermənistana giriş vizalarını E-VISA sistemi vasitəsilə də rəsmiləşdirə biləcəklər.
Məlumata görə, yeni mexanizmin beynəlxalq tədbir iştirakçılarının ölkəyə giriş prosedurlarını sürətləndirməsi və sadələşdirməsi nəzərdə tutulur.
Qeyd edək ki, Ermənistan COP17 18-30 oktyabr tarixlərində keçiriləcək. BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci (COP17) sammitinə rəsmi İrəvan Azərbaycan nümayəndə heyətini də rəsmi olaraq qəbul etməyə hazır olduğunu bəyan edib.
Xatırladaq ki, Ermənistanın COP17-yə ev sahibliyi etməsi qərarı beynəlxalq konsensus və üzv dövlətlərin dəstəyi əsasında qəbul olunub. Ermənistanın COP17-yə ev sahibliyinə Azərbaycan tərəfi etiraz etməyib.